Xırdalanda avtobus və taksi sürücüləri arasında münaqişə yaşanıb - VİDEO

Sərnişin avtobusunun dayanacağında avtomobilini saxlayan taksi sürücüsü ona irad bildirən sürücü ilə mübahisə edib. Hətta avtobus sürücüsünə təhdidlər yağdırıb. Avtosfer.az xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində baş verib. Sakinlər bildirir ki, bu kimi hadisələr demək olar ki, hər gün təkrarlanır. Taksi sürücüləri sərnişin yığmaq üçün avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqda dayanır. Elə bu səbəbdən sərnişinlər çətinlik çəkir.
Həm avtobus, həm taksi sürücüləri qalmaqala səbəb kimi dayanacağın düzgün seçilmədiyini deyir.
Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, həmin prospekt avtomobillərin ən çox sıxlıq təşkil etdiyi ərazidir. Aparılmış araşdırmalarla taksi sürücüsü müəyyən edilib və tədbir görülüb.
Bu arada Heydər Əliyev prospektində avtomobilini düzgün park etməyən taksi sürücülərinə qarşı addımlar atılıb. Gün ərzində 50-yə yaxın avtomobil barəsində inzibati protokol tərtib edilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












