Xırdalanda qatarı daşa basan uşaqlar polis bölməsinə aparıldı

28 aprel 2024-cü il tarixdə Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Xırdalan dəmir yolu stansiyasının ərazisindən keçərkən qatarın yoluna daşlar düzərək real təhlükə yaradılması və hərəkətdə olan qatarın sağ yan şüşəsinə daş atılaraq sındırılması barədə polisə məlumat daxil olub. Bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub.
Bu barədə Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumatda deyilir.
Bildirilir kiŞ, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törədən 3 azyaşlı müəyyən olunaraq valideynlərinin iştirakı ilə Polis Şöbəsinə gətiriliblər. Valideynlər və azyaşlılarla profilaktik söhbətlər aparılıb. Övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu onların diqqətinə çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. "Bir daha vurğulamaq istərdik ki, Bakı-Sumqayıt sürət qatarının keçdiyi xətt üzrə sərnişinlərin narahatçılığına səbəb olan əməllər təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində də polis əməkdaşları tərəfindən ciddi tədbirlər görüləcəkdir", - deyə DİN-in məlumatında qeyd olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












