Xudatda eyni gündə 5 nəfəri it dişləyib - FOTO

Xaçmaz rayonunda biri azyaşlı olmaqla beş nəfəri sahibsiz it dişləyib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Xudat şəhərində baş verib. Belə ki, eyni gündə Xudat şəhərində Xaçmaz rayon sakinləri, 1991-ci il təvəllüdlü Kənan İslam oğlu Hümmətovu, 1965- ci təvəllüdlü Cavid Məhəmməd oğlu Şıxverdiyevi, 2013-cü il təvəllüdlü Rəsul Renat oğlu Mikayılovu, 1968-ci il təvəllüdlü Rovşən Əmirbaba oğlu Heybətovu və 1971-ci il təvəllüdlü Ramik Əlihüseyn oğlu Nəsirovu it dişləyib. Rayon sakinləri bildiriblər ki, Xudat küçələrində gəzən quduz olduğu ehtimal olunan, boğazında xaltası olan ağ rəngli Qafqaz çoban itinin hucumuna məruz qalıblar. Yaralıların hamısı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurularaq yaraları tikilib. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ













