Yarmarkada PARTLAYIŞ - 4 nəfər həlak olub

Tailandın şimal-qərbində yerləşən Tak əyalətində Qızıl Xaç xeyriyyə yarmarkasında baş vermiş partlayış nəticəsində azı dörd nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə cümə günü yerli vaxtla saat 23:30-da baş verib. Polis partlayıcı qurğunu işə sala biləcək 16 və 17 yaşlı iki karen (xalq) yeniyetməni saxlayıb. Partlayış nəticəsində iki nəfər hadisə yerində həlak olub, daha iki nəfər isə xəstəxanada aldıqları yaralardan vəfat edib.
Tailandın Tak əyaləti məşhur turist marşrutlarından uzaqda yerləşir və vətəndaş münaqişəsinin əhatə etdiyi Myanmanın Karen ştatı ilə həmsərhəddir. Burada yerli karenlər silahlı etnik qrupu hökumət qüvvələrinə qarşı mübarizə aparır. Bu ilin aprelində Myanma ordusu ilə etnik qrupların döyüşçüləri arasında toqquşmalar nəticəsində Tak əyalətinin sərhəd şəhəri Maesota 3,5 min qaçqın gəlib. Daha sonra Tailand iqtidarı sərhəddə vəziyyətin normallaşdığını bildirib.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












