Yevlaxda ər arvadını öldürüb, qohumunu yaralayıb

Yevlaxda qətl hadisəsi baş verib.
Avtosfer.az-ın xəbərinə görə, hadisə Yevlaxın Hacıselli kəndində qeydə alınıb. Kənd sakini Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qafar qızına odlu silahdan atəş açıb. Qadın yerindəcə keçinib. Hadisənin səbəbi hələlik məlum deyil.
Həyat yoldaşını qətlə yetirən Mehdi Qarayev, həmçinin qonşuluqda yaşayan və qohumluq əlaqəsi olan, 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğluna atəş açaraq onu yaralayıb. Zirəddin Qarayev xəstəxanaya yerləşdirilib.
M.Qarayev saxlanılıb.
Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.
Məlumata görə, Mehdi Qarayev bir il əvvəl həyat yoldaşına balta ilə ağır xəsarətlər yetirib. O, bu əməli törətdikdən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, bir müddətdən sonra azadlığa çıxıb.
APA
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












