Yevlaxda küləyin aşırdığı ağac məzarı dağıdıb - VİDEO

Güclü külək Yevlax rayonu, Yəldilli kənd qəbiristanlığında ağacı məzarın üzərinə aşırıb. Nəticədə qəbir daşı aşıb və parçalanaraq dağılıb.
Avtosfer.az-ın məlumatına görə, güclü küləyin aşırdığı ağac rayonun Duzdağ kənd sakini, 4 il öncə vəfat edən Kifayət Pənahovanın məzar daşını dağıdıb. Qəbiristanlığa gələn mərhumun övladları, qohumları məzarı sınmış vəziyyətdə görüb ürək ağrısı keçirirlər. Onlar maddi imkanları olmadığından onu bərpa edə bilmədiklərini deyirlər. Mərhumun övladı Elşən Pənahov dəymiş ziyanın aradan qaldırılması üçün aidiyyəti qurumlardan kömək istəyir. Yevlax rayonun Duzdağ kənd sakininin problemi ilə bağlı Nemətabad kənd icra nümayəndəliyinə müraciət etdik. Nümayəndə Akif Abbasov bildirdi ki, baş verən hadisədən xəbərdardırlar. Elşən Pənahovun anasının qəbir daşının bərpası üçün həm bələdiyyə, həm də icra nümayəndəliyi köməklik göstərəcək. Nümayəndəlikdən o da bildirildi ki, qəbirstanlıqda digər təhlükə yarada biləcək ağaclar da var. Bununla bağlı rayon ekologiya idarəsinə müraciət ünvanlanıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












