Yolun asfaltlanması zamanı su borusu çıxarılıb, hektarlarla ərazi susuz qalıb - VİDEO

Şəkidə bir-neçə metrlik yola görə hektarlarla ərazini suvarmaq olmur. Səbəb yoldakı su borusunun çıxarılmasıdır.
Avtosfer.az-ın məlumatına görə, Şəkidə Qoxmuq-Qaradağlı yolundan Babaratma kəndinə gedən yola asfalt vurularkən su borusu çıxarılıb və sonradan yerinə qoyulmayıb. Nəticədə 37 hektar ərazidə taxıl, tütün və tərəvəzlər əkən kənd sakinləri çətin vəziyyətə düşüblər. Qoxmuq kənd bələdiyyəsindən bildirilib ki, sakinlərin şikayətindən xəbərdardırlar. Qeyd edilib ki, su borusunun çıxarılması əkin sahələrinin suvarılmasında problem yaradır. Məsələ ilə bağlı ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, kənd sakinləri tərəfindən quruma rəsmi qaydada müraciət edilməyib. ''Kənd sakinləri müraciət etikdən sonra əraziyə baxış keçiriləcək. Bundan sonra problem aradan qaldırıla bilər'',- deyə Anar Nəcəfli əlavə edib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












