Zaqatalada çay daşdı: yollarda problem yaranıb – FOTO

Qeyri-sabit hava şəraiti ilə bağlı ötən axşam Zaqatalanın dağlıq ərazilərinə güclü leysan yağıb.
Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, nəticədə rayon ərazisindən axan Muxaxçay və Tala çaylarında suyun səviyyəsi bir neçə dəfə arıb, daşqınlar əmələ gəlib.
Rayonunun Bəhmətli kəndində fərdi təsərrüfatları, fındıq bağlarını sel suları bərbad vəziyyətə salıb. Muxaxçayın daşması ilk növbədə bölgənin əsas arteriyası sayılan Yevlax- Zaqatala-Gürcüstan magistralının Bəhmətli kəndindən keçən hissəsində problemlər yaradıb.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, sel daşqınları rayonun Höytala və Yolayrıc kəndlərində subasma təhlükəsi yaradıb. Bəhmətli kəndində sakinlərin evlərinin zirzəmilərinə və təsərrüfat sahələrinə su dolub.
Fəsadların aradan qaldırılması məqsədi ilə əraziyə zaqatala Suvarma Sistemləri idarəsinin maşın və texnikaları cəlb edilib. Bir neçə saatlıq təmizləmə işlərindən sonra Yevlax-Zaqatala-Gürcüstan magistralında təmizləmə işləri başa çatdırılıb və nəqliyyatın hərəkəti qismən təmin edilib.
Eyni zamanda idarənin digər texnikaları Muxaxçayda selin qarşısını almaq üçün Çobankol kəndi ərazisində sahilbərkitmə və çay məcrasının dərinləşdirilməsinə cəlb edilib.
Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, fəsadların aradan qaldırılması istiqamətində işlər gün boyu davam etdiriləcək.







Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












