Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb. Axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
*** Saart 21:20
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb.
Zəhərlənən şəxslər Zaqatala RMX-a daxil olub.
Müraciət edənlərdən labarator müayinələr üçün müvafiq nümunələr götürülüb.
Daxil olan 15 nəfərdən 5-i azyaşlıdır.
*** Saat 20:35
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib.
Zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub. Zəhərlənənlər arasında tələbələrdə var.
Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər. Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.
Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.
Mənbə: APA
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












