Zaqatalada leysan yağışları fəsadlar törətdi: Çaylardan sel keçdi

Zaqatalaya yağan leysan yağışları bir sıra fəsadlar törədib.
Avtosfer.az xəbər ki, may ayının ilk günlərindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
May ayının 15-i axşam saatlarından rayon ərazisində yenidən yağıntılar intensivləşib. Gecə saatlarında dağlıq ərazilərə yağan leysan yağışları səbəbindən rayonun ən iri dağ çaylarından olan Böyük çay və Tala çaylarında suyun səviyyəsi həddən artıq çoxalıb.
Böyük çaydan qısamüddətli sel keçib. Çayın bəzi hissələrinin məcrasından çıxması səbəbindən Bəhmətli kəndinin bəzi fındıq bağlarını və həyətyanı sahələrini sel suları dolub. Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Lahıc və Bəhmətli kəndləri yaxınlığından keçən hissəsində avtomobillərin hərəkətində çətinliklər yaranıb. Tala çayında suyun həddən artıq çoxalması səbəbindən rayonun Höytala və Yolayrıc kəndlərinin əraziləri sel sularının basması təhlükəsi ilə üzləşib.
Hazırda müvafiq qurumlar əraziyə ezam olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.
(APA)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












