Zaqatalada narkoman sürücü saxlanılıb - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən H.Abdullayev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, sürücü idarə etdiyi “VAZ-21014”” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Yoxlama zamanı H.Abdullayevin narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana, eləcə də metadon həbi istifadə etdiyi müəyyən olunub. H.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Həmçinin, bölmə əməkdaşları motosiklet sürücülərinin təhlükəsizliyinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçiriblər. Sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmadan bu növ nəqliyyat vasitələri idarə edən sürücülər aşkar edilib. Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












