Zığda yaşayış evində yanğın olub, xəsarət alanlar var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayışın baş verdiyi və genişlənərək yaxınlıqdakı tikililərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanan evdə xəsarət alaraq təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas olunub, yanğının qonşu evlərə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli üçotaqlı evin bir otağının yanar konstruksiyaları və tavanı 30 kv.m sahədə yanıb. Yanğın zamanı ümumilikdə 2 nəfər xəsarət alıb.
Evin qalan hisssi və qonşu evlər yanğından mühafizə edilib.
***
Bu gün saat 20:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə TƏBİB-dən bildirilib. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 (kişi cinsli) şəxsə ilkin tibbi xidmət göstərilib və bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












