Bakıda restoranda şok hesab: xiyarın birinin qiyməti… – FOTO

Bakıda yerləşən restoranlardan birində təqdim edilən hesabda (çek) yazılan qiymətlər təəccübləndirib.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial mediada istifadəçilərdən biri paylaşım edib.
Şikayətçi bildirir ki, getdikləri məkanda qiymətlərin baha olmasından öncədən xəbərdar olsalar da, qarşılaşdıqları xidmət və keyfiyyət sıfıra bərabər olub:
“Bir çox şey sifariş etdikdə masaya gələn an ofisiant məsləhətləşmədən “Bundan yox idi, ona görə əvəzinə bunu gətirdim” deyirdi. Bu hal bir neçə dəfə təkrarlandı. Ardınca tortu kəsmək üçün bizə kir içində, ət iyi verən bıçaq gətirdilər. İki dəfə xəbərdarlıq etsək də, təmizini gətirən olmadı, sonda bıçağı ordan-burdan özümüz tapmalı olduq”.
Müştərini ən çox şoka salan isə menyuda bir yerdə hesablanmalı olan tərəvəzlərin hesaba tək-tək vurulması olub.
Şikayətçinin sözlərinə görə, restoranda xiyarın biri 3 manatdan, Şəmkir pomidorunun ədədi 4 manatdan, kiloqramı 1 manat olan soğanın dənəsi isə 1 manatdan hesablanıb.
Həmçinin pomidor-yumurtaya əlavə olunan bibər də hesaba ayrıca “bibər kababı” kimi yazılıb:
“Bir o qaldı ki, yumurtanı ayrı, yağı da ayrı saysınlar. İnsan restoranda yeyəndə həzz alar, amma yeməklər o qədər dadsız idi ki, ödənilən məbləğin 1 qəpiyinə də dəyməzdi”, – deyə vətəndaş qeyd edib./globalinfo

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












