Çılpaqlar çimərliyi ilə bağlı yeni qaydalar QƏBUL OLUNDU – Bundan sonra ...

Almaniyanın məşhur istirahət məkanı Rostokda növbəti mövsümdən etibarən çılpaq çimərliklərdə daha sərt qaydalar qüvvəyə minəcək. Yeni qaydalara əsasən, bəzi xüsusi çimərlik zonalarında çılpaq olmaq məcburi olacaq və burada geyimli gəzmək qadağan ediləcək.
Avtosfer.az "Yenisabah"a istinadən xəbər verir ki, Rostok şəhərinin çimərlik nəzarətçiləri artıq çılpaqlara məxsus sahillərdə geyimli insanları ərazidən uzaqlaşdırmaq səlahiyyətinə sahibdirlər. Şəhər rəsmilərinin CNN-ə verdiyi məlumata görə, bu qərarın əsas səbəbi çılpaq çimərlik istifadəçiləri ilə geyimli istirahət edənlər arasında yaranan mübahisələr olub.
Təlimatda “Çılpaq çimərlik sahələrində geyimli şəkildə dənizə girmək və günəşlənmək qadağandır” ifadəsi yer alıb.
Rostokun 15 kilometrlik çimərlik sahəsi çılpaqlar üçün xüsusi, qarışıq və yalnız geyimli şəxslər üçün nəzərdə tutulan hissələrə bölünüb. Bu bölgü ziyarətçilərin rahatlığını təmin etmək məqsədi daşıyır.
Almaniyada natürizm mədəniyyəti uzun illərdir populyar olsa da, gənc nəsil arasında bu ənənəyə maraq azalır. Məhz bu səbəbdən şəhər rəhbərliyi çılpaq çimərliklərin sayını 37-dən 27-yə endirib.
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












