Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI

Avtomobillərdə avtomatik idarəetmə sisteminin aktiv olduğunu göstərmək üçün firuzəyi rəngli işıqlardan istifadə oluna bilər. “Mercedes-Benz” şirkəti bu texnologiyanı Almaniyada sınaqdan keçirir.
Avtosfer.az xəbər verir ki, sistemin əsas məqsədi avtomatik idarəetmə rejimində olan avtomobilləri digər sürücülərə və piyadalara daha asan tanıtmaqdır.
Firuzəyi işıqlar avtomobilin ön və arxa işıq sistemlərinə, eləcə də yan güzgülərindəki siqnal lampalarına inteqrasiya edilir. Şirkətin “Drive Pilot” sistemi aktivləşdikdə həmin işıqlar da yanır.

Firuzəyi rəngin seçilməsi onun ağ, qırmızı və narıncı işıqlardan fərqlənməsi ilə əlaqədardır. Bu, yol hərəkəti iştirakçılarının avtomatik idarəetmə sisteminin aktiv olduğunu daha asan anlamasına kömək edə bilər.
Almaniyada sınaqlar üçün verilən xüsusi icazənin 2028-ci ilin iyulunadək qüvvədə olması gözlənilir. Bununla belə, bu işıqların bütün avtomobillərdə məcburi tətbiq ediləcəyi hələ təsdiqlənməyib. Texnologiyanın geniş yayılması üçün vahid texniki standartların və beynəlxalq qaydaların müəyyənləşdirilməsi vacibdir.
Qeyd edək ki, firuzəyi işıqların yanması sürücünün məsuliyyətinin aradan qalxması demək deyil. Avtomatik idarəetmə sisteminin imkanları avtomobilin texniki xüsusiyyətlərindən və hərəkət şəraitindən asılıdır.
Eltac Zülfüqaroğlu
Elektrikli avtomobillər üçün maraqlı yenilik: Günəş paneli quraşdırılır
Yeni qaydalar avtomobilləri bahalaşdıracaq: Hər maşına əlavə 11 min manat xərc
Bakının ən uzun avtobus marşrutu neçə kilometrdir? – MARAQLI RƏQƏMLƏR
Çoxuşaqlı ailələr üçün pulsuz PARKLANMA
Avtomobillərdə Start-Stop problemi: Mühərrik işə düşməyə bilər
Bakı və Parisin ortaq nöqtəsi nədir? – MÜQAYİSƏ – VİDEO
Naviqator yollardakı tıxacları necə müəyyən edir? – MARAQLI
Yeni şamlar avtomobilin mühərrik gücünü artırırmı? – ARAŞDIRMA
Bakının ən sıx dairəsi haradadır? - 25 yol hissəsi, 23 avtobus marşrutu keçir
Merkelin təyyarəsini doğrayaraq suvenir hazırladılar - FOTO
Daha bir şayiə: internet 4 ay kəsiləcək, bank hesabları bloklanacaq












