Deputatın evində axtarış: Nələr tapıldı? - FOTO

İraqda aparılan genişmiqyaslı korrupsiya əməliyyatı çərçivəsində deputat Hind əl-Abbasinin evində axtarış aparılıb.
Avtosfer.az xəbər verir ki, axtarış zamanı deputatın evindən 57 milyon ABŞ dolları nağd pul, 27 kiloqram xalis qızıl və qızıldan hazırlanmış alt paltarının aşkar edildiyi iddia olunur.
Məlumata görə, istintaq çərçivəsində deputatlar və yüksək vəzifəli məmurlar da daxil olmaqla 47 nəfər tutulub. Əməliyyatın dövlət vəsaitlərinin mənimsənilməsi və korrupsiya iddiaları ilə bağlı aparılan araşdırmanın tərkib hissəsi olduğu bildirilir.
Bununla belə, Hind əl-Abbasinin evində aparıldığı deyilən axtarış və ələ keçirildiyi iddia olunan əşyalarla bağlı İraqın rəsmi qurumları hələlik təsdiqləyici açıqlama verməyib. Onun deputat statusu isə İraq parlamentinin rəsmi saytında yer alır.
Son günlər İraqda hökumətin başladığı genişmiqyaslı korrupsiyaya qarşı əməliyyatlar çərçivəsində Bağdad da daxil olmaqla ölkənin müxtəlif bölgələrində reydlər keçirilib. Əməliyyatlar zamanı deputatlar, yüksək vəzifəli dövlət məmurları və digər dövlət qulluqçuları hədəfə alınıb.
Baş nazir Əli əl-Zaidi korrupsiyaya qarşı mübarizənin davam etdiriləcəyini və əməliyyatların yeni şəxsləri də əhatə edə biləcəyini bildirib./medianews.az


Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO
“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur - VİDEO
Çində zədəli körpünü 43 saata düzəltdilər: Azərbaycanda isə 43 gündür iş gedir - VİDEO
Bu şəhərdə gündüz yanacaq daşımaq qadağan edildi
Bu şəhərdə parkinq əməkdaşlarının əksəriyyəti lal-kardır - FOTO
Dünya liderlərinin ilk avtomobilləri hansılar olub? - ARAŞDIRMA
Axtarışda olan şəxs sərxoşluğu ucbatından yaxalandı – VİDEO
Sərxoş sürücünün bu hərəkəti polisi TƏƏCCÜBLƏNDİRDİ – FOTO
Bu ölkədə elektrik avtobus bazarının yarısına “BYD” nəzarət edir
Sükan arxasında yemək və zəng: hansı daha təhlükəlidir?
Bu iki yol nişanını qarışdırmaq sürücülərə 450 manata başa gələ bilər – FOTO










