Əsgər gedən gəncin gündəm olan VİDEOsu

Əsgərliyə yola salınan gəncin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Xüsusilə onun atasına dediyi sözlər və səsləndirdiyi muğam ifası diqqət çəkib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, yayılan videoda gəncin hərbi xidmətə yollanmadan əvvəl atasına müraciət edərək "Ata, bir "Segah" oxuyum, sonra gedim" deməsi duyğusal anlar yaşadıb. Daha sonra isə o, muğam ifasını səsləndirib. Ətrafdakılar tərəfindən lentə alınan görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. Gəncin səsi və muğama olan sevgisi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Videoya çoxsaylı rəylər yazılıb. Bir çox istifadəçi gəncin vətən sevgisini, milli musiqiyə bağlılığını və səmimi davranışını alqışlayıb. Görüntülər xüsusilə muğamsevərlər tərəfindən də maraqla paylaşılıb.
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












