Marsın nəhəng parçası hərraca çıxarılıb - 4 milyon dollara qədər ...

Yer üzündə indiyədək tapılmış ən iri Mars parçası bu çərşənbə günü Nyu-Yorkda hərraca çıxarılacaq və Yer üzünə aid olmaması, habelə nadirliyi səbəbindən 4 milyon dollara qədər dəyərləndirilə bilər. Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, “Sotheby’s” hərrac evi meteoritin ilkin satış qiymətini 1,6 milyon dollar olaraq müəyyən edib. Auksion evinin məlumatına görə, meteorit təxminən 225 milyon kilometr məsafəni qət edərək Yerə, Saharaya düşüb. Onu 2023-cü ilin noyabrında Nigerdə meteorit ovçusu aşkar edib. Bu meteorit Yer üzündə tapılmış digər Mars parçaları ilə müqayisədə təxminən 70 dəfə daha böyükdür. Hərracda təqdim edilmiş məlumatda bildirilir ki, Marsdan gətirilmiş parçalar “inanılmaz nadir tapıntılardır”. Hazırda Yer üzündə rəsmi tanınmış 77 mindən çox meteorit var, lakin onlardan cəmi 400-ü Mars mənşəlidir. Onların ümumi çəkisi cəmi 375 kiloqramdır. “Sotheby’s” nümayəndələrinin sözlərinə görə, tapılan bu nəhəng parçanın çəkisi 24,67 kiloqramdır və hazırda Yer üzündə məlum olan bütün Mars materiallarının 6,5 faizinə bərabərdir. Mütəxəssislərin fikrincə, meteoritin səthində müşahidə olunan xırda oyuqların Yer atmosferinə daxil olarkən sürtünmə nəticəsində əmələ gəldiyi bildirilir.
Qeyd edilib ki, meteorit “Sotheby’s Natural History” adlı satış çərçivəsində digər meteoritlər, nadir minerallar və fosil qalıqlarla birlikdə hərraca çıxarılıb.
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?












