“Mozalan” süjetindəki hadisə yarım əsr sonra Bakıda təkrarlandı

“Mozalan” satirik kinojurnalının 1972-ci ildə 8-ci nömrəsindəki süjet (Arzu) çoxlarına tanışdır. Mərhum aktyor Fazil Salayevin canlandırdığı sərxoş sərnişin metoya girmək arzusu ilə illərdir alışıb yanır. Həmin vaxt artıq 5 ildir Bakıda metropoliten fəaliyyət göstərirdi. Lakin, milis işçisi (aktyor Bahadur Əliyev) onu stansiyaya buraxmır. Söhbət əsnasında məlum olur ki, sərxoş sərnişin illərdir Bakıda yaşasa da, metronu görmək arzusu ürəyində qalıb. Milis işçiləri onu “yerin altına” buraxmırlar. Yeganə səbəb sərxoşluqdur.
Bu süjetin çəkilişindən yarım əsrdən çox vaxt ötüb. İndi milis polislə əvəz edilib, sosialist Azərbaycanın yerini müstəqil Azərbaycan tutub. Lakin, prinsiplər dəyişmir. Bakıda metronun açıldığı ilk gündən siqaret çəkmək qadağandır, sərxoşlar isə stansiyaya buraxılmır.
Ötən gün “İnşaatçılar” stansiyasında saat 19 radələrində gördüyüm hadisə də mənə bir anlıq “Mozalan” personajını xatırlatdı. Üç ortayaşlı sərnişin metroya düşmək istədikdə polis serjantı onları saxladı. Sərnişinlərdən biri digərinə söykənərək ayaq üstə güclə dayanırdı. Polis nəfəri onlara təmkinlə, sakit qaydada izah etdi ki, metroda sıxlıqdır, havasızlıqdır. Belə bir vəziyyətdə stansiyaya düşmək risklidir.
Təxminən 3 dəqiqəlik dialoqdan sonra 3 nəfər fikrindən daşınaraq metrodan çıxdı. Sərxoş şəxs isə çıxarkən polisi qucaqlayıb öpərək “sən yaxşı oğlansan, Allah səndən razı olsun” dedi. Sərxoş şəxsin öpüşü polisin xoşuna getməsə də, təmkinlə davrandı, onları mədəni surətdə yola saldı.
Bu işi görən polis əməkdaşını tanımasam da (əslində vacib də deyil) bir məsələdən tam əminəm: onun peşəkar davranışı mümkün faciənin, ya da ən azı qanun pozuntusunun qarşısını alıb. Profilaktika nəticənin aradan qaldırılmasından asan olsa da, daha böyük peşəkarlıq tələb edir.
Bu da “Mozalan”ın məşhur süjetinin linki:
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO










