Qəbiristanlıqda ölənlərlə "danışmaq" üçün telefon köşkü quraşdırıldı – FOTO

Almaniyanın Elmshorn şəhərindəki qəbiristanlıqda ziyarətçilərin vəfat etmiş yaxınları ilə "söhbət etməsi" üçün xüsusi telefon köşkü istifadəyə verilib. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, telefon şəbəkəyə qoşulmasa da, ziyarətçilər dəstəyi qaldıraraq dünyasını dəyişən yaxınlarına ürəklərində qalan sözləri deyə bilirlər. Qəbiristanlıq rəhbərliyi bildirib ki, bu təşəbbüs insanların yas prosesini daha rahat keçirməsinə kömək etmək məqsədi daşıyır. “Telefon” ideyası bir yaponiyalıya məxsusdur. Belə ki, 2010-cu ildə Otsuçi qəsəbəsinin sakini vəfat etmiş əmisioğlu ilə "ünsiyyət qurmaq" üçün öz bağında istifadədən çıxarılmış telefon köşkü quraşdırıb. 2011-ci ildə baş vermiş dağıdıcı zəlzələ və sunamidən sonra isə Yaponiyanın hər yerindən insanlar itkin düşən və həlak olan yaxınları ilə "danışmaq" üçün Otsuçi qəsəbəsinə gəlməyə başlayıblar.

Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA












