Sərxoş olub maşının yerini unutdu, polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

Bakıda sərxoş sürücü polisi aldadıb.
Avtosfer.az xəbər verir ki, paytaxt sakini olan bir nəfər ona məxsus olan "VAZ-2107" markalı avtomobilin Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində qaçırılması barədə polisə müraciət edib.
Daxil olan şikayət ərizəsi əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Nəticədə şəhər ərazisində hərəkətdə olan həmin avtomobil müəyyən edilərək saxlanılıb.
Sürücünün izahatı alınan zaman o, "avtomobil mənimdir və sərxoş olduğum üçün onun yerini unudub polisə maşınımın qaçırılması barədə yalan məlumat vermişəm", - deyə ifadə verib.
Məlum olub ki, sürücü axşam yeyib-içdikdən sonra sərxoş olub və nəqliyyat vasitəsini harada park etdiyini unudub. Dərhal polisi yığan sürücü avtomobilinin qaçırıldığını deyib. Səhər ayıldıqdan sonra maşını harada park etdiyini xatırlayıb. Lakin o, avtomobilini tapması barədə polisi məlumatlandırmayıb. Avtomobil hələ də axtarışda olduğu üçün polis onu saxlayıb.
Məsələ aydınlaşandan sonra sürücü sərbəst buraxılıb.(den.az)
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA












