Sosial şəbəkələr tənhalığı artırır - Alimlər

Baylor Universitetində çalışan amerikalı alimlər paradoksal nəticəyə gəliblər: insanlar sosial şəbəkələrdə nə qədər çox vaxt keçirirlərsə, özlərini o qədər tənha hiss edirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə araşdırma “Personity and Social Psychology Bulletin” (PSPB) elmi jurnalında dərc olunub.
Alimlər qrupu rəqəmsal vərdişlərin rifah halına necə təsir etdiyini başa düşmək üçün doqquz il ərzində 7 000-ə yaxın niderlandlının məlumatlarını təhlil ediblər.
Nəticələrdən məlum olub ki, sosial şəbəkələrdən həm aktiv, həm də passiv şəkildə istifadə tənhalığı artırır.
Mütəxəssislərin fikrincə, onlayn qarşılıqlı əlaqə sosial ehtiyacları ödəmək üçün zəruri olan üz-üzə ünsiyyəti əvəz edə bilməz.
Tədqiqat psixi sağlamlıq üçün üz-üzə qarşılıqlı əlaqənin əhəmiyyətini və rəqəmsal vərdişlərin təsirinin daha çox öyrənilməsinin zəruriliyini vurğulayır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












