Uzunömürlülük üçün beş gündəlik vərdiş açıqlanıb

Həkim Qeri Smoll uzunömürlülüyü təmin edən beş gündəlik vərdişi açıqlayıb.
Avtosfer.az xəbər verir ki, o, bu vərdişləri "El Confidencial" nəşrinə müsahibəsində sadalayıb.
Smollun sözlərinə görə, uzunömürlülüyün sirrlərindən biri optimist ruh halıdır. Optimist insanların psixi və fiziki sağlamlığı digərlərinə nisbətən daha yaxşı olur. Həkimin fikrincə, müsbət əhval-ruhiyyə immun sistemini də gücləndirir və bu da orqanizmin müxtəlif infeksiyalarla daha effektiv mübarizə aparmasına kömək edir.
Bundan əlavə, Smoll gündəlik fiziki aktivliyin vacibliyini vurğulayıb. O bildirib ki, bu, qan dövranını yaxşılaşdırır, endorfin səviyyəsini artırır və ürək-damar sistemini möhkəmləndirir. Həkim həmçinin qidalanma rejiminə yenidən baxmağı tövsiyə edib: meyvə və tərəvəzləri menyuya daxil etmək, şəkər və yüksək dərəcədə emal olunmuş məhsullardan isə uzaq durmaq lazımdır.
Nəhayət, mütəxəssis mütəmadi olaraq tibbi müayinədən keçməyi və stressdən uzaq durmağı tövsiyə edib. Onun fikrincə, stresslə mübarizədə meditasiya faydalı ola bilər.
Qeyd edək ki, bundan əvvəl geriatriya üzrə mütəxəssis Yelena Pavlova bəzi məhsulların oynaq sağlamlığına mənfi təsir etdiyini bildirmişdi. Onun sözlərinə görə, hisə verilmiş məhsullar orqanizmdə ödemlərin yaranmasına səbəb ola bilər./Baku.ws
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












