Yanacaqdoldurma məntəqəsində mühərriki söndürmək niyə vacibdir? - Ekspert AÇIQLADI

Avtomobilləri istər maye, istərsə də qaz kimi yanacaqlarla təmin edən yanacaqdoldurma məntəqələri insanların daha çox istifadə etdiyi yer olduğu üçün partlayış kateqoriyalı ən təhlükəli obyektlər siyahısına daxildir. Sürücülərin məsuliyyətsizliyi səbəbilə yanacaqdoldurma məntəqələrində ən kiçik ehtiyatsızlıq insan itkisi ilə nəticələnir. Bu səbəbdən yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsinə yol verməmək üçün bir sıra qaydalara da əməl olunmalıdır. Bu qaydalardan ən əsası isə telefonla danışmamaq və mühərriki söndürməkdir.
Bəs qeyd edilənlərə əməl etmək niyə bu qədər vacibdir?
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobilə yanacaq doldurarkən mühərrikin söndürülməsi həm təhlükəsizlik, həm də texniki səbəblərdən böyük əhəmiyyət kəsb edir:

“Mühərrikin söndürməyin ilk səbəbi təhlükəsizlikdir. Avtomobil işləyərkən yanacaq sistemi və elektrik hissələri də aktivdir. Yanacaq nasosunun yanında olduğumuzu və təbii ki, yanacaqdoldurma məntəqəsində olduğumuzu nəzərə alsaq, yanacaq buxarlarının sıx olduğu yerlərdə qığılcımların yaranması ehtimalı var. Mühərrikin söndürülməsi mümkün qığılcım riskini azaldır və yanğın təhlükəsizliyini təmin edir”.
Eltac
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?












