"Yaşayan Nostradamus"dan şokedici öngörmə

Özünü "yaşayan Nostradamus" adlandıran braziliyalı parapsixoloq Atos Salome ABŞ və İsrailin İrana qarşı mümkün müharibəsi ilə bağlı yeni proqnozlarını açıqlayıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə "Daily Star" nəşrinə müsahibəsində danışıb.
Salome xəbərdarlıq edib ki, mövcud münaqişə "daha əvvəl görünməmiş məhvetmə müharibəsinə" çevrilə bilər.
39 yaşlı Salome xatırladıb ki, o, hələ bir müddət əvvəl 2026-cı ilin ikinci rübündə İsrailin İrana birbaşa hücum edəcəyini proqnozlaşdırmışdı. İndi isə parapsixoloq münaqişənin hələ yeni başladığını iddia edir:
"Baxmayaraq ki, ilk zərbə proqnozlaşdırılan vaxtda baş verib, qarşıda hələ çox hadisələr var. Tehranın cavabı və regiondakı müttəfiq qruplaşmaların prosesə qoşulma ehtimalı göstərir ki, bu gərginlik görünməmiş miqyasda dağıdıcı müharibəyə çevrilə bilər".
Parapsixoloqun fikrincə, bu müharibə yeni müdafiə texnologiyalarının tətbiqi və sarsıdıcı kiberhücumlarla müşayiət olunacaq. Eyni zamanda, Salome ABŞ-nin əslində İrana birbaşa hərbi müdaxilə planlaşdırmadığını ehtimal edir. Onun fikrincə, Vaşinqtonun əsas məqsədi Tehranı enerji resurslarını, xüsusilə də Çinə neft ixrac etmək imkanından məhrum etməkdir.
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər












