Banner

Yeni avtomobilin üstünə qaz borusu aşdı: Zərəri kim ödəməlidir?

Maraqlı 10 Noyabr 2026 17:02
Yeni avtomobilin üstünə qaz borusu aşdı: Zərəri kim ödəməlidir?
WhatsApp kanalımıza abunə olun

Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində güclü külək səbəbindən qaz borusunun yeni alınan avtomobilin üstünə aşması geniş müzakirələrə səbəb olub.

Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, müzakirələrdə əsas sual vətəndaşa dəyən zərərin kim tərəfindən ödənməli olması ilə bağlıdır.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda avtomobillər əsasən iki cür sığortalanır:

"Bunlardan biri icbari, yəni məcburi sığortadır. Bu sığorta qarşı tərəfə dəyən zərəri qarşılayır. Digəri isə könüllü şəkildə həyata keçirilən kasko sığortadır.

Yeni avtomobilin üstünə qaz borusu aşdı: Zərəri kim ödəməlidir? - Foto/Video

Sözügedən hadisəyə gəlincə, əgər sürücü nəqliyyat vasitəsini kasko sığorta etdiribsə, bu zaman dəymiş zərəri həmin şirkət, əgər etdirməyibsə, o zaman avtomobilə ziyanı vuran tərəf ödəməlidir. İkinci halda zərər vuran tərəf müəyyənləşdirilməlidir. Bunun üçün isə sürücü məhkəməyə müraciət etməli, iddia qaldırmalı və ödənişi tələb etməlidir".

Oxunub : 128
ŞƏRH YAZ
Ad

E-mail

Şərh