Yüz il əvvəl yoxa çıxan sualtı qayıq ABŞ sahillərində tapıldı

ABŞ-ın San-Dieqo şəhəri yaxınlığındakı dəniz dibində bir əsrdən çox əvvəl yoxa çıxmış hərbi sualtı qayıq və təlim təyyarəsinin qalıqları tapılıb. Tapıntılar həm hərbi tarix, həm də dərin dəniz tədqiqatları baxımından böyük əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, sualtı gəmi - ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus USS F-1 - 1917-ci ildə keçirilən təlim zamanı baş verən toqquşma nəticəsində bir neçə saniyə ərzində batıb. Gəminin göyərtəsində olan 22 nəfərdən yalnız 3-ü sağ qalıb. Qalan 19 ekipaj üzvü həlak olub.
Tapıntılar bu ilin əvvəlində Vuds Hole Okeanoqrafiya İnstitutu (WHOI) və ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən təşkil olunmuş ekspedisiya zamanı aşkar edilib. Dəniz dibi insanların dalış dərinliyindən çox aşağıda olduğundan, tədqiqat Alvin adlı idarə olunan insanlı sualtı aparat və "Sentry" adlı avtonom sualtı cihaz vasitəsilə həyata keçirilib.
WHOI mütəxəssisi Brüs Strikrott bildirib ki, USS F-1-in yeri ABŞ HDQ-nin tarixi qeydləri əsasında müəyyən olunub. İlk axtarış günündə "AUV Sentry" gəminin yerini aşkarlayıb. Daha sonra "Alvin" aparatı vasitəsilə gəmi yerində vizual müşahidələr aparılıb.
Tədqiqatlar nəticəsində məlum olub ki, sualtı qayıq 100 ildən çox suda qalmasına baxmayaraq heyrətamiz dərəcədə bütöv və salamat vəziyyətdədir. Qayıq indi 1917-ci ildə həlak olmuş 19 ekipaj üzvü üçün hərbi dəfn yeri hesab olunur. WHOI və HDQ bu səbəbdən gəmi ilə fiziki təmasdan çəkinmək barədə razılığa gəliblər.
Həmin ərazidə 1950-ci ildə qəzaya uğramış "Grumman TBF Avenger" təlim təyyarəsinin də qalıqları tapılıb. Bu təyyarənin mövcudluğu WHOI tədqiqatçılarına əvvəlcədən məlum olsa da, ABŞ HDQ üçün bu məlumat yenidir. Tapıntı nəticəsində təyyarənin rəsmi identifikasiyası aparılıb və bütün ekipaj üzvlərinin qəza zamanı sağ qaldığı təsdiqlənib.
Strikrott həmçinin təyyarənin mühərrikində yerləşən "13" nömrəsinin diqqətini çəkdiyini deyib. Sonradan məlum olub ki, bu rəqəm təyyarənin aid olduğu təlim eskadrilyasını göstərir və bəzi hallarda "uğursuzluq"la assosiasiya edilən simvolik məna da daşıyırmış.
Bu mühüm tapıntılar həm hərbi tarix, həm də okean tədqiqatları sahəsində yeni biliklər qazandırmaqla yanaşı, itkin düşmüş ekipaj üzvlərinə hörmətin bir ifadəsi olaraq dəyərləndirilir (Qaynarinfo).
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










