10 min nəfər sakinin yaşadığı ərazidə yollar bərbad vəziyyətdədir - VİDEO

10 min nəfərə yaxın sakinin yaşadığı ərazilərdəki yollar bərbad vəziyyətdədir.
Avtosfer.az xəbər verir ki, söhbət İmişlinin Bulutlu və Sarıxanlı kəndlərinin daxili yollarından gedir.
Sakinlər qeyd ediblər ki, əvvəl kənd daxilindən keçən yola çınqıl qatı döşənmişdi və orada ilin bütün fəsillərində hərəkət etmək mümkün olub. Amma bir ildən çoxdur ki, həmin yoldan istifadə etməkdə çətinlik çəkirlər. Çünki kəndin daxilindən keçən su kanalı beton üzlüklə üzlənən zaman oradakı torpaq qatı da götürülərək yola boşaldılıb. Bu da hərəkəti çətinləşdirib. Yağıntılı günlərdə isə yolda hərəkət, demək olar ki, tamamilə məhdudlaşır.
Kənd ərazisindən keçən Boztəpə kanalının tikintisini həyata keçirən şirkətdən bildirildi ki, sakinlərin üzləşdiyi problemdən onlar da xəbərdardırlar. Artıq işlər yekunlaşmaq üzrədir. Tikinti işi başa çatdıqdan sonra kanalın sağ və sol sahilinə çınqıl qatı döşənərək sakinlərin istifadəsinə veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xezerxeber.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












