100 min manata yaxın dələduzluq edən qadının istintaqı başa çatıb

Dələduzluqda təqsirləndirilən Qızılgül Musayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Qeyd edək ki, paytaxt sakini Fəridə Quliyeva ümumilikdə 92 min manatlıq dələduzluğa məruz qalıb. Belə ki, o, “Nərimanov” metro stansiyası yaxınlığında yerləşən binadan kreditlə ev almaq üçün qohumu Qızılgül Musayevaya 2018-ci ildə ilkin olaraq 15 min manat verib. Daha sonra hər ay iki min manat həmin şəxsə pul ödəyib.
2020-ci ildə isə Q.Musayeva F.Quliyevaya həmin binadan ev əvəzinə iaşə obyekti almağı məsləhət görüb. Bu məqsədlə zərərçəkmişdən əlavə 15 min manat da pul alıb. Aldadıldığını görən F.Quliyeva Nərimanov Rayon Polis İdarəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq edən Qızılgül Musayeva saxlanılıb.
İstintaq zamanı məlum olub ki, Q.Musayeva dələduzluqla əldə etdiyi pulu qızıl alveri ilə məşğul olan tanışına verib. Niyyəti xaricdən qızıl gətirib baha qiymətə satmaq olub.
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ










