“15 sentyabrdan sonra əsl “tıxac dərsləri” başlayacaq” - Deputat

Millət vəkili Fazil Mustafa paytaxtdakı tıxaclardan şikayətlənib.
Avtosfer.az bildirir ki, o, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edərək Bakıda illərdir metro tikintisinin dayandırıldığını vurğulayıb:
“Alternativ ictimai nəqliyyat şəbəkəsi yaradılmayıb, gecəqondulaşmanın, şəhərə axının qarşısını almaq üçün tədbirlər görülməyib. Biz cəmiyyət olaraq tarixin yol ayrıcında doğru yol seçə bilmədiyimiz kimi, doğru yol da çəkə bimirik. Bu arada Bakının da adının mənasında dəyişiklik etmək lazımdır. Bakı ənənəvi “küləklər şəhəri” deyil, artıq “tıxaclar şəhəri”dir. Qışda qarın, yazda və payızda yağışın normadan artıq yağmaması üçün mollalarımız ərəb dilində, lakin latın əlifbası ilə bütün Bakı sakinlərinə dua yazıb verməlidilər. Əlbəttə, maya dəyərindən artıq qiymətə satılmamaq şərti ilə. Ancaq bu dualar da hökmən bir mərkəzdən satılmalıdır. Əks halda bu dualar müstəcəb olmaz”.
Millət vəkili 15 sentyabr tarixində məktəblərin açılması ilə Bakı sakinləri üçün əsl tıxac dərsinin başlayacağını da əlavə edin: “İndidən əsəb dərmanlarının tədarükünü görün. Bir şeyi unutmayın ki, bizim apteklərdəki dərmanların tıxaclarda təsiri olmayacaq”.
Sfera.az
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











