1,8 milyon manatlıq "Azərşin"in ləğvi ilə bağlı komissiya yaradılır

Gələn il yanvarın 21-də "Azərşin" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Avtosfer.az xəbər verir ki, iclasda "Azərşin" ASC-nin ləğv edilməsi barədə qərar qəbul ediləcək. Eləcə də Ləğvetmə Komissiyası yaradılacaq.
Qeyd edək ki, aylardır mediada fəaliyyəti olmayan bu şirkətin bağlanacağına dair xəbərlər yer alır. "Azərşin" 2005-ci ildə yaradılıb. Hüquqi sahibi Xanlar Süleymanov olan ASC-nin nizamnamə kapitalı 1.789 milyon manatdır.
Bildirək ki, iki il əvvəl "Azərşin" səhmdarları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi qarşısında etiraz edərək zavodun onlardan gizli satıldığını iddia edirdilər. Eləcə də zavodun ərazisindəki sexlərdən daxil olan icarə haqlarından onlara faiz verilməyidiyini irəli sürürdülər.
Qeyd edək ki, zavod ərazisində mebel, qapı və digər avadanlıqların istehsalı ilə məşğul olan sexlər var. Həmin sexlər də zavod rəhbərliyindən şikayət edirlər. Nəzərə çatdıraq ki, zavod kompleksi üç iri müəssisədən ibarətdir: BMC, "Azərşin" ASC və Elektrik tökmə zavodu. İddialara görə, Xanlar Süleymanovun qudası Elektrik tökmə zavoduna, qızının həyat yoldaşı isə BMC-yə rəhbərlik edirlər.
İqtisadçılara görə, zavod uzun illərdir fəaliyyətsizdir. Halbuki şin istehsalı üçün Azərbaycan nefti çox uyğundur. İtaliyanın "Pirelli" təkərləri Azərbaycan neftindən istehsal olunur. Yəni İtaliya Azərbaycandan bareli 70 dollara aldığı neftdən istehsal etdiyi təkərləri 300-500 dollara satır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












