2 dövlətin 3 pulunda təsvir edilmiş şairimiz - FOTO

Yüz il sonra sorsan, bəs o hardadır,
Hər beyti dillənər, burda, burdadır.
Bəli, hörmətli oxucu artıq söhbətin kimdən getdiyini bildi. Amma...
Çoxları belə düşünür ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin təsviri olan ilk pul 1993-cü ildə tədavülə buraxılıb. Lakin belə deyilmiş.
Avtosfer.az-ın xəbərinə görə, Nizaminin təsviri olan ilk pul nişanı 1991-ci ildə SSRİ Mərkəzi Bankı tərəfindən böyük şairin 850 illiyi münasibəti ilə buraxılıb. 3 milyon ədəd buraxılmış sikkə mis-nikel xəlitəsindən hazırlanıb və bu gün də dünyada kolleksiyaçıların marağındadır. Nizami həm də sovet pulları üzərində təsviri olan 3 türkdən (Nəvai və Həmzə Niyazi ilə birgə) biridir.
Şairin təsviri olan ikinci pul nişanı isə 1993-cü ilin fevral ayında dövriyyəyə buraxılıb. Bu, müstəqil Azərbaycanda şair tematikalı ilk pul nişanı idi. Sözügedən kağız pul 2007-ci il yanvar ayında tədavüldən qaldırıldı.
Bundan 1 il sonra, 2008-ci ildə dahi şairə həsr olunmuş qızıl xatirə pul nişanı tədavülə buraxıldı. Bu Azərbaycanda şair tematikalı ilk xatirə sikkəsi (birinci Məhəmməd Füzuli - 1996) idi. Cəmi 1000 ədəd buraxılmış sikkələr xalis qızıldan hazırlanıb.
Bu, Nizamiyə həsr edilmiş pul nişanları arasında Azərbaycan Respublikası ərazisində indi də qanuni ödəniş vasitəsi olan yeganə sikkədir.
Vüqar
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO


















