2023-cü ilin dekabr ayında İzmir Hava Limanına gələn sərnişinlərin sayı artıb

2023-cü ilin dekabr ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 9 faiz artaraq, 10 milyon 691 min 522 nəfər olub.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 7 faiz artaraq, 6 milyon 517 min 648 nəfər, beynəlxalq reyslər üzrə isə 11 faiz artaraq, 4 milyon 173 min 874 nəfər təşkil edib.
2023-cü ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 146 min 887 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 77 min 23 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 6 faiz dəyişərək, 69 min 864 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 72 min 880 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq 44 min 282, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq, 28 min 598 olub.
2023-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.
Trend
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










