2024-cü ilin Ay və Günəş tutulmaları təqvimi

2024-cü ilin Ay və Günəş tutulmaları təqvimi açıqlanıb.
Bu barədə Avtosfer.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Belə ki, tutulmalar zamanı Ay, Yer və Günəş fəzada demək olar ki, bir düz xətt boyunca yerləşirlər. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə cəmi 509'-lik bucaq əmələ gətirir. Bu fərqə görə biz hər ay deyil, Ay və Günəşin müəyyən konfiqurasiyasında tutulmaları müşahidə edə bilirik. Günəş tutulmasının baş verməsində Günəş və Ay diskinin görünən bucaq ölçüsünün eyni olması da mühüm rol oynayır.
2024-cü ildə iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma baş verəcək.
25 martda ilin ilk Ay tutulması baş verəcək. Bu tutulma yarımkölgəli Ay tutulmasıdır. Bu tutulma zamanı Ay tam kölgəyə keçmədiyinə görə tutulma o qədər də hiss olunmur. Yarımkölgəli Ay Tutulması Avstraliyanın şərq hissəsi, Cənubi və Şimalı Amerikada, Sakit Okean, Atlantik Okean, Arktika və Antarktida da, Avropanın qərb hissəsində müşahidə olunacaq. Bakı vaxtı ilə saat 08:53-də başlayacaq və saat 13:32-də bitəcək, tutulmanın maksimumumu saat 11:12-də olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda yerləşdiyinə görə tutulma Azərbaycandan müşahidə olunmayacaq.
18 sentyabrda isə qismən Ay tutulması olacaq. Qismən Ay tutulması zamanı Ayın bir hissəsi tam kölgəyə keçir. Tutulma Avropa, Asiyanın böyük hissəsi, Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik, Hind okeanı, Arktika, Antarktidada müşahidə etmək mümkün olacaq. Saat 04:41-də başlayıb 08:47-də bitəcək tutulmanın maksimumu 06:44-ə uyğun gəlir. Azərbaycandan tutulmanın başlanğıcını (saat 04:41-dən saat 06:19-dək) izləmək mümkün olsa da, tutulmanın maksimumuna kimi Ay artıq batmış olacaq.
İlin ilk Günəş tutulması 8 apreldə baş verəcək. Bu tam Günəş tutulmasıdır. Günəş tutulması ümumilikdə Sakit və Atlantik Okeanı, Qərbi Avropa, Şimalı və Cənubi Amerika, Arktikanı əhatə edəcək. Tam tutulma isə ABŞ cənub-qərb hissəsi, Kanadanın qərbi və Meksikadan keçəcək. Tutulma Bakı vaxtı ilə saat 19:42-də başlayacaq və saat 00:52-də bitəcək. Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.
Sonuncu tutulma hadisəsi 2 oktyabrda baş verəcək. Bu tutulma halqalı Günəş tutulması olacaq. Halqalı tutulma Ay apogeydə və yaxın nöqtələrdə (Yerdən maksimum uzaqlıqda) olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır. Ümumilikdə tutulma əsasən Cənubi Amerikanı, Şimali Amerikanın cənubu, Sakit və Atlantik okeanı, Antarktidanı əhatə edəcək. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkün olacaq, Bakı vaxtı ilə saat 19:42 başlayıb saat 01:47-də bitəcək tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










