24 yaşına qədər şəxsiyyət vəsiqəsiz qalan Gülxanım danışdı - VİDEO

Yevlaxda anadan olandan bəri 24 il heç bir şəxsiyyət vəsiqəsi və ya doğum şəhadətnaməsi olmadan yaşayan Gülxanım Kərimova nəhayət, sənədləşmə prosesini başa çatdıra bilib.
2001-ci ildə dünyaya gələn Gülxanım Kərimova sənədlərinin olmaması səbəbindən 2020-ci ildə Mustafa Süleymanovla qurduğu ailə həyatını rəsmi dövlət qeydiyyatına ala bilməyib. Bu problem 2023-cü ildə onun ana olmasından sonra daha da aktuallaşıb, çünki rəsmi sənədi olmadığına görə övladı üçün doğum haqqında şəhadətnamə ala bilməyib.
Məsələnin həlli üçün məhkəməyə müraciət edən Gülxanım Kərimovanın işinə Yevlax Rayon Məhkəməsində baxılıb.
Nəhayət, oktyabrın 16-da Yevlax Rayon Məhkəməsinin qərarı ilə 24 yaşlı Gülxanım Kərimovanın anadan olması faktı rəsmi şəkildə qeydə alınıb.
Gülxanım Kərimova sənədsiz yaşamağın çətinliklərindən danışıb: "5 ildir ailə qurmuşam, sənədim olmayıb. İndi istəyirəm sənəd çıxarım. Heç evim yoxdur, kirayədə qalıram".
Daha ətraflı Baku TV-nin süjetində:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












