3-cü mikrorayon tunelində “qaz kamerası” - VİDEO
Yəqin ki qaz kameraları barədə çoxları eşidib və ya kinoda görüb. Hitler Almaniyasında hətta bu məqsədlə xüsusi avtomobillər də hazırlanmışdı. “Qazvaqen” adlı bu bədnam texnikanın məqsədi insanları basdırılacağı qeyə aparanadək məhv etmək idi.
Tarix dəyişdi, ekoloji təmiz avtomobillər, Avro standartları meydana çıxdı. Lakin avtomobilin zərəri və zəhəri bitmədi.
Son 5 gündə hər gün işlə əlaqədar olaraq taksi ilə 3-cü mikrorayon tunelindən keçməli olmuşam. Həm də hərəkətin sıx vaxtlarında. Buradakı ekoloji vəziyyəti isə təəssüf ki söz və ya video ilə təsvir etmək mümkün deyil. Qaz insanı sözün həqiqi mənasında boğur. Tuneli keçməyimiz üçün təxminən 6 dəqiqə lazım gəldi. Bu isə 2 xəstə uşağın qusaraq avtomobili batırması üçün kifayət etdi. Bizi aparan taksi sürücüsü bildirdi ki, yayda bu tuneldən tıxac vaxtı keçdikdən sonra 10-15 dəqiqə özünü sərxoş kimi hiss edir.
Bəs çıxış yolu varmı? Əlbəttə var, həm də çox sadə. Bunun üçün ilk növbədə tuneldə böyük axınlı süni ventilyasiya qurulmalıdır. İkinci iş isə bu ərazidə intensivliyi azaltmaqdır.
Sonda DYP-dən də kiçik bir xahişim olacaq: Tunelin çıxışında çox sayda sürücü sağa və ya sola keçmək üçün qoşa xətti tapdalayaraq digərlərinə təhlükə yaradır. Təbii ki, bura polis əməkdaşının dayanaıb xidmət apara biləcəyi məkan deyil. Lakin kamera quraşdırmaq hər halda mümkündür.
Vüqar
Şiddətli yağışlar başlayacaq: 10-15 gün…
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO










