3 erməni keşiş Kəlbəcərə gəldi: Nə baş verir?

Qarabağa ziyarəti zamanı erməni apostol kilsəsinin Tavuş yeparxiyasının keşişi yepiskop Baqrat Qalustanyan Rusiya “sülhməramlı”larının yaratdığı şərait sayəsində Azərbaycan dövlət sərhədini pozaraq Kəlbəcər rayonunun Kolətək kəndinə gəlib.
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
Tavuş mərzinin keşişi B. Qalustanyan Qarabağ keşişi Vrtanes Abramyanla birlikdə “Akopavank” adlandırdıqları “erməni” məbədinə baş çəkib və həmin məbədin qanunsuz terrorçu keşişi Ovanes Ovannisyanla görüşüb.
Erməni keşişləri torpağımızda Azərbaycana qarşı irqçi və revanşist çıxışlar edərək Ermənistan və Qarabağdakı erməniləri “vətən torpaqlarının azad edilməsi uğrunda mübarizə”yə səsləyiblər. Məsələn, Qarabağın qanunsuz keşişi Vrtanes Abramyan belə deyib:
"Bizim düzən Qarabağa, Naxçıvana baxın, heç nə qalmayıb, hər şey dağıdılıb. Bu gün xalqımız özü ilə “müqavilə” imzalamalıdır ki, bizim düşmənə daha verəcək heç nəyimiz yoxdur. Hər kəs belə bir aydın qərar verərsə, bu milli birliyə çevriləcək".
Xatırladaq ki, Qarabağın qanunsuz keşişi Vrtanes Abramyan Ermənistan apostol kilsəsi tərəfindən bu vəzifəyə 2021-ci ilin yanvarında təyin olunub. Buna qədər o, 2007-ci ildən bəri Ermənistan ordusunda baş keşiş olub. Və sözsüz ki, əlinə avtomat da alaraq, ən azı, Azərbaycana tərəf tuşlayıb. Hazırda o, bütün vasitələrlə 2021-ci ilin mayından Azərbaycan ordusu tərəfindən qoyulmuş qadağanı aradan qaldıraraq ermənilərin Kəlbəcərdəki Xudavəng məbədimizə ziyarətlərini yenidən bərpa etdirmək üçün çalışır...
Tavuş yeparxiyasının keşişi Baqrat Qalustanyan II Qarabağ savaşından bəri Azərbaycan və Türkiyəyə qarşı terrorçu xislətli çıxışlarıyla seçilib. O, dəfələrlə Qazax rayonunun işğal altındakı 7 kəndinin Azərbaycana qaytarılmasına imkan verməyəcəklərini vurğulayıb. B. Qalustanyan iyunun 10-dan Qarabağdadır, Xocavənddəki Amaras məbədimizi də ziyarət edib və orada da “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” bəyanatını səsləndirib.
Yenicə “Akopavank” məbədinə qanunsuz keşiş təyin olunmuş Ovanes Ovannisyan isə işğal dövründə Kəlbəcər rayonunun qanunsuz keşişi olmuş erməni terrorçusudur. Ovannes Ovannisyan birinci Qarabağ müharibəsində də Azərbaycana qarşı vuruşub, oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak edib. 44 günlük savaş nəticəsində Kəlbəcərdən ermənilərin çıxmalı olduğu elan edildiyi vaxtda, yəni 2020-ci ilin noyabrında isə bu üzdəniraq “keşiş” əlində avtomat Xudavəng məbədinin yanında dayanaraq "Erməni xaçkarlarına toxunmayın. Dadivank Azərbaycana verilməyəcək!” bəyan edərək deyib ki, məbədi tərk etməyəcək...
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










