330 milyonluq "Lady Jorgia" Bodruma GƏLDİ

Kanadalı keçmiş xokkey qapıçısı, milyarder Patrik Dovinqə məxsus "Lady Jorgia" adlı 115 metr uzunluğunda, 330 milyon avro dəyərində yaxta Bodrumda görüntülənib.
Avtosfer.az xəbər verir ki, super yaxtalar arasında 47-ci yerdə olan yaxta möhtəşəmliyi ilə görənləri heyran edib. Bodrumda lövbər salan "Lady Jorgia" adlı yaxta 2023-cü ilin mayında tarixin ən böyük 'maklerlik' müqaviləsi ilə sahibini dəyişdi.
2021-ci ildə Ahpo adı ilə tikilən və yamaykalı milyarder Lee-Chinə təhvil verilən yaxta gələn il Monako Yaxta Şousunda nümayiş etdirildi və həmin il yaxta həvəskarları tərəfindən yüzlərlə dəfə ziyarət edildi.
"Lady Jorgia" dünyanın ən böyük superyaxtaları arasında 47-ci yerdədir. Üst quruluşu və gövdəsi polad və alüminiumdan olan "Lady Jorgia"-nın 7 kabinəsi var. Yaxtanın uzunluğu 115 metrdir.
Super lüks yaxtanın içərisində rəqs meydançası, gözəllik salonu, kinoteatr, spa, lift, sualtı işıqlar, çimərlik klubu və idman zalı və helikopter meydançası var. Patrick Dovigi Kanadalı keçmiş xokkey qapıçısıdır.
İdman həyatına son qoyduqdan sonra biznesə başlayan Patrick Dovigi Kanadanın ekoloji xidmətlər şirkəti olan Green For Life Environmental Inc-in idarə heyətinin sədridir. Dovigi şirkətinin ticarət həcmi 5 milyard dollardan çoxdur.
Unikal
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












