4 yaşlı körpə uşaq təcii yardım çağırmağı öyrənib və anasını xilas edib...

4 yaşlı körpə uşaq təcii yardım çağırmağı öyrənib və anasını xilas edib...
"Mən super qəhrəman deyiləm, mən, sadəcə, qəhrəmanam..."
Avstraliyanın Tasmaniya ştatının Lonseston şəhərindən olan 4 yaşlı oğlan uşağı təcili yardım çağırmağı öyrənib və öz anasının həyatını xilas edib.
Moderator.az xəbər verir ki, bu barədə "ABC News" nəşri məlumat yayıb.
Vendi Koker danışıb ki, onun tez-tez tutmaları olur və o, huşunu itirə bilər.
Qadın öz 4 yaşlı oğlu Montini təcili yardım çağırmağı öyrədib.
Anası oğluna izah edib ki, əgər halı pisləşərsə, 000 nömrəni yığmaq lazımdır, bu, Avstraliyada xilasediciləri çağırmaq üçün əsas nömrədir.
Bir gündən sonra qadının növbəti tutması olub və o, huşunu itirib.
"Mən özümü pis hiss edirdim və ərimə zəng vurmaq istədim, uğursuz oldu. Bir-iki dəqiqədən sonra Monti təcili yardım çağırıb, bundan sonra heç nəyi xatırlamıram", - qadın danışıb.
Uşaq xilasetmə xidmətinə zəng edərək, anasının yıxıldığını deyib.
O, həmçinin deyib ki, 4 yaşı var və onun iti yad adamları görəndə hürməyə başlayır.
Koker özün gələndə həkimlər artıq ona yadım edib. Anasını xilas etdyinə görə körpəyə fəxri fərman verilib.
"Onun nənəsi gəlib və super qəhrəmanın harada olduğunu soruşub. O, deyib: "Mən super qəhrəman deyiləm. Mən, sadəcə, qəhrəmanam", - uşağın anası danışıb və əlavə edib ki, öz oğlu ilə fəxr edir.
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?












