“50 ildə bu dərəcədə görməmişliklə rastlaşmamışam” - BDU-nun müəllimi

Yeni tədris ilinin ilk günündə valideynlərdən birinin ali məktəbə daxil olan qızına hədiyyə etdiyi avtomobili universitetin qarşısında nümayiş etdirməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Belə ki, qızına aldığı avtomobilin dövlət nömrə nişanının yerinə "TƏLƏBƏ QIZIM" sözünü yazdıran valideyn üzü şarlarla bəzədilən avtomaşını düz Bakı Dövlət Universitetinin qapısında saxlayıb.
Avtosfer.az yenisabah.az-a istinadən xəbər verir ki, olay haqqında fikirlərini açıqlayan BDU professoru Elmira Muradəliyevə bunu "görməmişlik" kimi qiymətləndirib.
"Bu fotoya fikir verin-atanın tələbə adını qazanmış qızına məhz universitet qarşısında hədiyyəsi.
50 ildir ki, BDU-da müəllim kimi çalışıram, ancaq bu dərəcədə görməmişliklə rastlaşmamışam!
Bəlkə də ali təhsil görməmiş ailədə bu qız ilkdir ki, ali təhsil ocagına təmtərahla ayaq basır.
Çox acıdır. Günümüzdə nə qədər ehtiyacı olanlar var, elə bütün xalqa qələbə sevinci yaşatmış şəhid, qazi ailələri. Yardım əllər məhz bu insanlara uzanmalıdır".
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












