"8-ci kilometr" bazarında aşkarlanan nöqsanlar aradan qaldırıldı - FOTO - VİDEO

"8-ci kilometr" bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən "Nəzrin-E" MMC-yə məxsus bazarda aşkar edilən diri quşların satışı, qanunsuz kəsimi, süd və süd məhsullarının, müxtəlif növ turşuların, diri balıqların açıq şəraitdə, soyuducu avadanlıqlar olmadan, baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa təqdim edilməsi və digər faktlar sahibkar tərəfindən aradan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, qida subyekti tərəfindən obyektdə aşkar olunan nöqsanlar əsasında tələb olunan tədbirlər icra olunaraq fəaliyyəti sağlamlaşdırılıb:
"Belə ki, bazarda qanunsuz quş kəsimi ləğv edilib və dezinfeksiya işləri aparılıb, süd məhsullarının soyuducu vitrinlərdə saxlanılması, markalanması təmin olunub, satış piştaxtaları gigiyenik materiallardan təşkil edilib, işçilər dövri tibbi müayinədən keçib.
Bildiririk ki, ərzaq bazarlarında aparılan monitorinqlərin əsas məqsədi istehlakçı hüquqlarının qorunması, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, eləcə də bazarlardakı nöqsanların aradan qaldırılması və onların sağlamlaşdırılmasıdır".

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












