8 Noyabr prospektindəki park yenidənqurmadan sonra istifadəyə verildi

Bakının 8 Noyabr prospektində yerləşən park yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib və Polad Həşimov küçəsində aparılan abadlıq işləri yekunlaşmaq üzrədir.
Bu barədə Avtosfer.az Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən rayonun Sarayev küçəsi ilə Məzahir Rüstəmov küçələrinin kəsişməsində, “Bakı” kinoteatrının yaxınlığında yerləşən park əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilib.
8 Noyabr prospektində yerləşən Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkının filialı olan, uzun müddət baxımsızlıq səbəbindən yararsız hala düşən parkda təxminən 3 həftə əvvəl təmizlik və yenidənqurma işlərinə start verilmişdi.
Abadlıq işləri çərçivəsində mövcud olan yararsız oturacaq və söhbətgahlar, idman və əyləncə qurğuları sökülərərək ərazidən daşınıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi üçün yeni suvarma xətləri çəkilib, həmçinin parkın ərazisində müasir işıqlandırma sistemləri quraşdırılıb.
Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Əhalinin istirahəti üçün söhbətgahlar quraşdırılıb, yeni oturacaqların qoyulub, uşaq meydançaları salınıb, uşaq əyləncə və idman qurğuları, şahmat meydançası quraşdırılıb. Ahıl insanların asudə vaxtının səmərəli təşkil edilməsi ilə əlaqədar stolüstü müxtəlif oyunlar üçün nərdtaxta, domino, şahmat və s. təmin edilib.
Parkda yaşıllıq zolaqları və qazon örtüyü salınıb, o cümlədən müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkilib.
Hazırda rayonun müxtəlif ərazilərində aparılan abadlıq və yenidənqurma işləri Məzahir Rüstəmov küçəsi 15 və Polad Həşimov küçəsi 6 ünvanlarında da yekunlaşmaq üzrədir.











Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












