9 saatlıq yolu 90 dəqiqəyə - keçmişə, yoxsa gələcəyə

ABŞ Aerokosmik agentliyi NASA yeni səsdənsürətli təyyarə layihəsi üzərində işləyir.
Avtosfer.az xəbər verir ki, maksimal sürəti 4800 km/saat olacaq təyyarə ilə Londondan Nyu-Yorka saat yarıma uçmaq mümkün olacaq. Halbuki müasir təyyarələr bu yolu 9 saata qət edir.
Lakin layihənin reallaşmasına bir neçə maneə var. Belə ki, bir çox ölkə, o cümlədən ABŞ səsdənsürətli mülki laynerlərin öz hava məkanına daxil olmasını qadağan edir. Ancaq çıxış yolu var: okeanın üzərində heç kim limit tətbiq etmir. digər tərəfdən bu sürətə davam gətirəcək materialların hazırlanması ciddi elmi araşdırma və maliyyə tələb edir.
Artıq NASA 2 müəssisə ilə müqavilə bağlasa da, təyyarənin nə zaman hazır olacağı bəlli deyil.
Qeyd edək ki, 70-80-ci illərdə Tu-144 və Concorde tipli təyyarələr təxminən 2000 km/saat sürətlə hərəkət edə bilirdi. Lakin yüksək yanacaq sərfi onların hər ikisinin ömrünü muzeylərdə naşa vurması ilə nəticələndi. Məsələn, TU-144 Bakı-Moskva reysini 90 dəqiqəyə yerinə yetirə bilirdi. Müasir Boeing və ya Aerobus bu məsafəni 3 saatdan bir qədər artıq müddətə qət edir.
Vüqar
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










