AAYDA: "Zəfər yolu"nun inşası ilə bağlı işlərin 80%-i başa çatdırılıb - FOTO

Bu gün Füzuli rayonuna səfər etmiş Azərbaycan jurnalistləri buradan Şuşa şəhərinə çəkilən "Zəfər yolu"nun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdəki son vəziyyətlə tanış olub.
Avtosfer.az-ın məlumatına görə, körpü barədə Azərbaycan Avtomabil Yolları Dövlət Agentliyinin (AAYDA) yerli və regional əhəmiyyətli şöbənin rəisi Ilham Süleymanov açıqlama verib.
O, bildirib ki, "Zəfər yolu"nun inşası ilə bağlı işlərin 80%-i başa çatdırılıb: "Yolun 51-ci kilometrliyində torpaq işləri tamamilə bitib, konstruksiya işlərinə başlanılıb. Artıq yolun 1 kilometrdən artıq hissəsinin asfalt örtüyü çəkilib. Yolun 101,5-ci kilometrliyində 4 körpü var, onlardan 3-nun tikinti işlərinin 75%-i artıq həyata keçirilib".
Hazırda dayandığımız körpünün altından Şuşaya 2-ci yol gedir. Bu yolun uzunluğu 84.6 kilometrdir. Şuşa gedən yolun üzərində qurulan bu körpü Quruçayın üzərində inşa olunur. Körpünün əhəmiyyəti ondan ibarətdir ki, o, Ağdam-Füzuli yolu üçün ötürücü rolu oynayır. Digər tərəfdən yolların üzərində suni qurğular olur ki, körpülər də bu rolu oynayır".





Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












