Tramp Putin və Cinpinlə danışacağı mövzuları AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Ukrayna, İran və nüvə tərksilahı məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Filippin və Çinə səfərə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
"Biz nüvə tərksilahı məsələsini müzakirə edəcəyik. Bu, mürəkkəb mövzudur, çünki hər birimiz üçün nüvə silahlarımızdan imtina edəcəyimizi söyləmək çox çətindir, elə deyilmi? Üstəlik, başqa ölkələr də var. Bununla belə, nüvə tərksilahı məsələsini müzakirə edəcəyik. İran haqqında danışacağıq. İranla işlərimiz çox yaxşı gedir, amma yenə də bu barədə bir qədər söhbət edəcəyik. Ən sevimli mövzum olan Ukrayna haqqında da danışacağıq", - deyə Ağ Ev rəhbəri qeyd edib.
O əlavə edib ki, üçtərəfli görüşdə iqtisadiyyat və ticarət məsələləri də müzakirə olunacaq.
ABŞ Prezidenti sammit çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparmaq ehtimalını da istisna etməyib.
"Biz Çinə gedəcəyik və orada Si Cinpinlə görüşəcəyik. O, bir ay əvvəl burada idi. Həmçinin Prezident Putinlə, bəlkə də Kim Çen Inla görüşəcəyik. Beləliklə, hər şey yaxşı olacaq. Çox şeyə nail olmaq şansımız var", - deyə Tramp əlavə edib.
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev












