ABŞ-də helikopter uçuşlarına məhdudiyyətlər tətbiq edilir

ABŞ Federal Aviasiya İdarəsi (FAA) Vaşinqtonda baş verən aviaqəzadan sonra Ronald Reyqan adına hava limanı yaxınlığında helikopter uçuşlarını qadağan etmək niyyətindədir.
Avtosfer.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, FAA hava məkanının təhlükəsizliyinin yaxşılaşdırılması üzrə uzunmüddətli tədbirlər çərçivəsində helikopter uçuşlarına daimi məhdudiyyətlər tətbiq etmək istəyir.
Xatırladaq ki, yanvarın 29-da "PSA Airlines" aviaşirkətinə məxsus "Bombardier CRJ700" sərnişin təyyarəsi Vaşinqton hava limanına eniş edərkən təlim uçuşu həyata keçirən "Sikorsky UH-60" ("Black Hawk") hərbi helikopteri ilə toqquşub. Hər iki hava gəmisi çaya düşüb. Təyyarədə 64, helikopterdə isə 3 nəfər olub. Onların hamısı həlak olub. ABŞ Müdafiə Nazirliyinin qərarına əsasən, hərbi helikopterin həlak olan ekipaj üzvlərindən birinin adı açıqlanmayıb. Qəzanın dəqiq səbəbləri hələ müəyyən edilməyib.(oxu.az)
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











