ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına - Çağırış

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarının Vaşinqtonda yerləşən Səfirlikdə göstərilən konsulluq xidmətlərindən istifadəsini daha da əlçatan etmək məqsədilə konsulluq qəbulu günlərinin sayı artırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-dəki Azərbaycan vətəndaşları həftənin bazar ertəsi, çərşənbə və cümə günləri yerli vaxtla səhər saat 09:20-dən 12:20-dək ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı, notariat hərəkətləri, vətəndaşlıq məsələləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sənədlərin sorğu əsasında alınması üçün səfirliyə müraciət edə bilərlər.
Həmçinin, vətəndaşlar bazar ertəsi, çərşənbə və cümə günləri hazır olan sənədləri saat 16:30-17:30 aralığında diplomatik nümayəndəlikdən təhvil ala bilərlər. Eyni zamanda, vətəndaşlarımızın səfirliklə operativ əlaqə yarada bilməsi üçün əlavə olaraq mobil telefon xətti yaradılıb: +1(202)556-9391; Konsulluq bölməsinin elektron poçt ünvanı: [email protected].
Bundan başqa, səfirliyin məlumatına görə, bu ilin 1 noyabr tarixində Nyu-York və yaxın ətraf ərazilərdə yaşayan həmvətənlilərimiz üçün səyyar konsulluq xidməti həyata keçiriləcək.
Bildirilib ki, Bruklində baş tutacaq həmin səyyar konsulluq xidmətlərindən faydalanmaq istəyən vətəndaşlardan aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
Əlavə edilib ki, səyyar konsulluq zamanı müraciət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumatı səfirliyin internet səhifəsindəyerləşdirilib.
Vurğulanıb ki, ABŞ-nin digər ştatlarında yaşayan vətəndaşlarımızın konsulluq xidmətlərindən mümkün istifadəsini daha əlçatan etmək məqsədilə səfirlik tərəfindən ilin sonuna kimi Çikaqo (İllinoys, 9 noyabr), Filadelfiya (Pensilvaniya, 11 noyabr) və Hyustonda (Texas, 27 dekabr) da səyyar konsulluq xidmətləri həyata keçiriləcək.
Əlavə məlumat üçün: telefon: +1(202)556-9391; Elektron poçt ünvanı: [email protected]
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO










