ABŞ "LUKOIL" yanacaqdoldurma məntəqələri ilə bağlı qərar verdi

ABŞ Maliyyə Nazirliyi Rusiyadan kənardakı yanacaqdoldurma məntəqələrinə xidmət göstərilməsi və onların ləğvi üçün "LUKOIL" şirkəti ilə tələb olunan əməliyyatların 2026-cı il 29 aprelədək həyata keçirilməsinə icazə verib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında dərc olunan sənəddə yer alıb. Əvvəlki lisenziyanın müddəti dekabrın 13-də başa çatırdı. Lisenziyaya əsasən, əməliyyatlar "LUKOIL-International" şirkəti və onun ABŞ-də yerləşənlər də daxil olmaqla bütün törəmə strukturları ilə həyata keçirilə bilər. Sənəd malların və xidmətlərin satın alınması, həmçinin Rusiyadan kənarda yerləşən fiziki yanacaqdoldurma məntəqələrinin texniki xidməti, istismarı və ləğvi ilə bağlı fəaliyyətləri əhatə edir. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 22 oktyabr tarixində "LUKOIL" və onun altı törəmə şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












