ABŞ Rumıniyada “F-16” qırıcılarını yerləşdirəcək

ABŞ hava məkanının təhlükəsizliyini təmin etmək üçün Rumıniya ərazisində bir neçə “F-16” döyüş təyyarəsi yerləşdirməyə qərar verib.
Verilən məlumatlara əsasən Rumıniyada tapılan pilotsuz uçuş aparatının (PUA) qalıqları ilə bağlı insident bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı müzakirə olunub.
“Onlar həmçinin hava məkanının təhlükəsizliyini qorumaq üçün ikitərəfli əməkdaşlığın gücləndirilməsi vasitələrini müzakirə ediblər, bu kontekstdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” təyyarələrinin Rumıniya ərazisinə yerləşdirilməsi qeyd edilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Rumıniya diplomatiyasının rəhbəri ABŞ-nin dəstəyini alqışlayıb və NATO-nun Qara dənizdə və regionda baş verən hadisələrə qarşı ayıq-sayıqlığının vacibliyini vurğulayıb.
Xatırladaq ki, sentyabrın 6-da Rumıniyada Ukrayna ilə sərhədə yaxın ərazidə pilotsuz təyyarənin hissələri aşkar edilib. Pilotsuz təyyarənin bir neçə hissəsi Tulça bölgəsinin Plauru yaşayış məntəqəsinin yaxınlığında tapılıb. (oxu.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












