ABŞ Türkiyəyə 30 helikopterin Pakistana tədarükünün qarşısını alıb

ABŞ Türkiyənin 30 ATAK zərbə helikopterinin Pakistana tədarükünün qarşısını alıb.
Avtosfer.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Bloomberg”ə müsahibəsində Rusiya istehsalı olan “S-400” raketi ilə bağlı ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyasından danışarkən bildirib.
Onun sözlərinə görə, bu tenderi, çox güman, Çin əldə edəcək:
“ABŞ Pakistana satmaq üçün planlaşdırılan döyüş helikopterinin tədarükünün qarşısını alıb. Bu, tenderi Çinin əldə etməsi ilə nəticələnəcək. Ancaq bu məsələdə uduzan ABŞ olacaq”.
Türkiyə Müdafiə Sənayesinin Mətbuat xidmətindən “RİA Novosti”yə bildirilib ki, 2018-ci ilin iyulunda 30 ATAK helikopterin tədarükü ilə bağlı Pakistanla Türkiyə arasında müqavilə imzalanıb. Bu Türkiyənin müdafiə məhsullarının eyni vaxtda tədarükü ilə bağlı imzalanan ilk irihəcmli müqavilə olub. Müqavilənin ümumi məbləği 1,5 milyard ABŞ dollarıdır. ABŞ həmin helikopterdə istifadə olunan mühərriyə lisenziyanı verməkdən imtina edib. Bu səbəbdən Türkiyə helikopter üçün öz mühərriyini hazırlayır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












